Amnesiac

Amnesiac
Radiohead tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 5 İyun 2001
Yazılma tarixi 1999 Yanvar - 2000-in sonu
Janr Eksperimental rok, Alternativ rok, Elektronik musiqi
Müddət 56:31
Dil İngiliscə
Leybl Parlophone, Capitol
Prodüser Naygel Qodrix, Radiohead
Radiohead albomlarının xronologiyası
"Kid A"
(2000)
"Amnesiac"
(2001)
"Hail to the Thief"
(2003)

Amnesiac — İngiltərə musiqi qrupu Radiohead-in sayca 5-ci musiqi albomu. 5 iyun 2001-ci ildə işıq üzü görmüşdür. Albomdakı mahnılardan "Pyramid Song", "I Might Be Wrong" və "Knives Out" daha sinql olaraq çıxmışdır.

Bu albomdakı mahnılar 2000-ci ildə yayımlanan "Kid A" albomundakı mahnılar ilə birlikdə yazılıb. "Amnesiac" əvvəlvə məhz bu albomun "B üzü" kimi çıxması nəzərdə tutulurdu. Buna görə də bəziləri alboma "Kid B" deyir. Bu albomların üslubları da bir-birinə bənzəyir. "Amnesiac" ənənəvi alternativ rok üslubundan fərqlənərək Radiohead-in bu janrda ifa edən digər qruplardan fərqləndirdi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search